BİZNES

22 Avqust

Çin mərkəzi bankı kredit faizlərini sabit saxladı – LPR 3%

Çin mərkəzi bankı kredit faizlərini sabit saxlayıb

Finss.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) bir illik kreditlər üzrə standart faiz dərəcəsini (LPR) illik 3%, beş illik kreditlər üzrə isə 3,5% səviyyəsində saxlayıb.

Mərkəzi Bankın avqust iclasının yekunlarına görə, hər iki dərəcə ardıcıl üçüncü ay tarixi ən aşağı səviyyədə qalıb. May ayında PBOC bu dərəcələri 10 baza bəndi azaldıb.

2019-cu ilin avqustundan etibarən LPR Çin Mərkəzi Bankının faiz islahatlarının əsas meyarı olub və 2020-ci ildən bankların yeni kredit dərəcələrini təyin edərkən əsas götürülür. Beş illik dərəcə ipoteka kreditlərinə, bir illik isə digər kreditlərə birbaşa təsir göstərir.